Netanyahudan etiraz: “Bu, yeni antisemitizmdir”backend

Netanyahudan etiraz: "Bu, yeni antisemitizmdir"

İsrailin Baş naziri Binyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsində (BCM) onun və müdafiə nazirinin Qəzza zolağında hərbi cinayətlər törətdiyi iddiaları ilə bağlı həbs qərarı verilməsi tələbinə baxılmasını kəskin tənqid edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri BCM prokurorunun onun həbsinə order verilməsi tələbini “yeni antisemitizm”in təzahürü adlandırıb.

Benyamin Netanyahu bütün ittihamları rədd edərək, onları absurd və yalan adlandırıb: “İsrailin baş naziri kimi mən Haaqa prokurorunun demokratik İsraillə HƏMAS-ın kütləvi qatilləri arasında apardığı müqayisəni qəzəblə rədd edirəm. Bu, reallığın tam təhrifidir. Qardaş və bacılarımızı öldürən, yandıran, doğrayan, zorlayan və oğurlayan “HƏMAS” yaraqlıları ilə ədalətli müharibə aparan və mənəvi cəhətdən heç kimdən geri qalmayan İsrail əsgərlərini hansı cəsarətlə müqayisə edirsiniz!”.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden də bu qərarı yolverilməz adlandıraraq, yazılı açıqlamasında İsrail və “HƏMAS” arasında “heç bir ekvivalentin” olmadığını əlavə edib.

ABŞ Dövlət Departamenti isə xatırladıb ki, İsrail Roma Statutunu imzalamadığı üçün Beynəlxalq Cinayət Məhkəməsinin bu işi araşdırmaq üçün lazımi yurisdiksiyası yoxdur.

ABŞ Konqresi hətta Netanyahu və Qalantın həbsinə order veriləcəyi təqdirdə Haaqa məhkəməsinə qarşı sanksiyaların tətbiqinə icazə verib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*