İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının tamamilə işğal ediləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Netanyahu Qəzzaya humanitar yardımların girişinə qoyulan qadağanın böyük fəlakətə səbəb olduğunu etiraf edib.
Netanyahu buna görə, beynəlxalq təzyiq altında olduqlarını deyib. O, ilk dəfə Qəzza zolağının tam ələ keçiriləcəyini bəyan edib:
“Qəzza zolağının hamısını ələ keçirəcəyik. Qırmızı xəttə yaxınlaşdığımız üçün yardım gətirəcəyik. Acından ölmək nöqtəsinə çatdırmamalıyıq, bu halda heç bir dəstək görmərik”- deyə Netanyahu vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az