Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dünyanı nasist Almaniyasının lideri Adolf Hitlerlə etdiyi kimi, İsrailin baş naziri Binyamin Netanyahunu da dayandırmağa çağırıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
Türkiyə liderinin sözlərinə görə, beynəlxalq ictimaiyyət fələstinli mülki vətəndaşları İsrail dövlətinin hərəkətlərindən qorumaq üçün mexanizm hazırlamalıdır. O qeyd edib ki, 70 il əvvəl bəşəriyyətin birliyi Hitleri dayandırıb.
“İndi eyni ümumi səylərlə bu ittifaq Netanyahu və onun bandasını dayandırmalıdır”, – deyə Ərdoğan qeyd edib.