İsrailin baş naziri Beynamin Netanyahunun oğlu Yair Netanyahu X hesabında kürdlərin müdafiəsi ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, onun paylaşımına əlavə etdiyi xəritədə kürdlərin torpaqları olaraq qeyd edilən ərazilərə Azərbaycanın Cənub-Qərb rayonları da daxil edilib.
Yair paylaşımında “Bütün nəzərlər Kürdüstandadır”, “Türkiyədəki kürd əhalinin genosidi dayandırılsın”, “İran, İraq, Suriyada kürdlərin genosidi dayandırılsın” kimi təhrikçi şüarlar qeyd edib.
Musavat.com
Qansızın, şərəfsizin oğlu da özü kimi qansız, şərəfsiz olar da. Bütün dünyanın gözü qarşısında müsəlmanlara qarşı soyqırım aktı həyata keçirirlər, heç kim səsini çıxarmır. Türkiyəyə acıq vermək üçün ağzına gələni danışır, hələ utanmadan neft-qaz müttəfiqi Azərbaycana da ilişir.