Neymar “Barselona”ya qayıda bilərbackend

Neymar “Barselona”ya qayıda bilər

“Santos”un futbolçusu Neymar yenidən Avropaya qayıdacaq.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 33 yaşlı vingerin Braziliya klubu ilə müqaviləsi yayda başa çatır.

Ulduz futbolçu sabiq klubu “Barselona”ya qayıtmağı planlaşdırır. Bu barədə braziliyalı ön xətt oyunçusunun agenti Pini Zahavi məlumat verib. Braziliya millisinin üzvü iyul ayında azad agent statusunda olacaq.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*