“Nezavisimaya qazeta”: “Moskva və Qarabağ: Diplomatik Qələbə, yoxsa geopolitik Məglubiyyət?”backend

"Nezavisimaya qazeta": "Moskva və Qarabağ: Diplomatik Qələbə, yoxsa geopolitik Məglubiyyət?"

Məglubiyyət? Bəziləri Dağlıq Qarabağla bağlı razılaşmanı Rusiya üçün diplomatik qələbə, bəziləri – geopolitik səhv, güzəşt və hətta məğlubiyyət hesab edirlər. İkinci rəyə əməl edənlər Azərbaycanın münaqişəni qazandığını və Bakının olduğu yerdə, Türkiyənin regional bir super gücə çevirmək yolunda çox böyük addım atdığını düşünür. İndi Türkiyə qaçılmaz olaraq Qafqazda təsir gücünü artıracaqdır.

Bəs Moskva bunu nəzərə aldımı? Bəlkədə belə bir senarini görməzlikdən gəldi. İndiki məqamda bu, MDB məkanında bəlkə də Rusiyanın sülhün təminatçısı və ya hakimi kimi çıxış edə biləcəyi yeganə münaqişə zonasıdır. 30 ildir ki, Moskva nə İrəvan, nə də Bakı ilə mübahisə etmir, Abxaziya, Cənubi Osetiya, Donbass və hətta Dnestryanı məsələsində isə mövqeyi Gürcüstan, Ukrayna və Moldova hakimiyyətlərinin siyasi istiqamətindən asılı idi. Bu istiqamət Qərb yönümlüdürsə, Rusiya üçün münaqişə bölgələri avtomatik olaraq strateji əhəmiyyətli ərazilərə çevrilir.

Türkiyə NATO üzvüdür, amma hamı Ərdoğanın geosiyasi oyun oynadığını başa düşür. ABŞ və ya Avropa Birliyi Qarabağ münaqişəsində açıq tərəf tutsaydı, nələr olacağını təxmin etmək olardı. Ancaq Qərb faktiki olaraq geri çəkildi. Moskvaya və Bakı-Ankaraya bölgədə kimin “rəhbər” olduğunu özlərinin qərar verməsinə imkan verdi. Rusiya təxribat sayıla biləcək vertolyot hadisəsi ilə bağlı Azərbaycanla birbaşa qarşıdurmaya girmədi. Rusiya səlahiyyətliləri daha çox sülhməramlı statusuna üstünlük verdilər. Açıqcası bu son illərdə Rusiyanın xarici siyasətində rastlanacaq tək-tüt hadisələrdəndir.

Qeyd etmək lazımdır ki, Rusiya ictimai rəyi başqa bir senari üçün hazırlanmamışdı. 9 Noyabrda yayımlanan FOM araşdırmasına görə, sorğuda iştirak edən Rusiya Federasiyası vətəndaşlarının böyük əksəriyyəti (% 71) Qarabağ münaqişəsi iştirakçılarına bərabər münasibət göstərib. 57% -i Rusiyanın münaqişədən kənar durması və heç kimə dəstək olmamamağı məqbul sayıb. Başqa sözlə, Moskvanın Bakı və Ankara ilə regional qarşıdurmaya girməsi və yaxud onları dəstəkləməsi üçün respondentlərdə heç bir istək yoxdur. Rusiya hakimiyyəti isə ictimaiyyətin bu istəyini nəzərə almadı.

30 ildir ki, Rusiya “münaqişədən yuxarı” mövqeyini qoruyub saxlayaraq Qarabağ probleminin həlli üçün əhəmiyyətli bir şey etmədi. Münaqişənin 2020-ci ilin payızında yenidən alovlanması göstərdi ki, yalnız müharibə, yalnız öldürülənlər və yaralananlar dövlətləri ən azı beş il bir şey barədə razılığa gəlməyə məcbur edə bilər.

Bəs Moskva neytrallığını saxlamaqla Əliyev və Ərdoğanı qalib kimi hiss etməsinə imkan verməkdə düzgünmü etdi?  Əslində, Rusiyanın yeni bir eopolitik mübarizə üçün nə iqtisadi, nə də mənəvi gücü var. Ona görə də münaqişədə sülhməramlılıq və arbitraj cəhdi Moskvanın qələbəsi deyil, əksinə məğlubiyyətdən qurtuluş cəhdidir.

“Nezavisimaya qazeta”, 13 noyabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*