Niderland hökuməti 2020-ci il yanvarın 1-dən etibarən “Hollandiya” adının işlənməyəcəyini elan edib.
KONKRET.AZ xəbər verir ki, yeni qərara əsasən, tədris müəssisələri, şirkətlər, eləcə də mətbuat orqanları “Hollandiya” adından istifadə etməyəcək.
Niderland hökuməti bildirib ki, bu qərar ölkə ilə bağlı mənfi imicin aradan qalxması ilə əlaqədar qəbul edilib.
Bundan başqa, “Hollandiya” adının ləğv olunması ölkə üzrə turist axınını tənzimləyəcək. Belə ki, bu gün ölkəyə gələn turistlərin böyük əksəriyyəti tarixi Hollandiya ərazisinə, yəni Amsterdam, Haaqa və Harlem şəhərlərinə səfər edir.