Niderland Polşadakı Ukraynaya yardım loqistika mərkəzinin müdafiəsi üçün iki Patriot zenit raket kompleksi və təxminən 300 hərbçini yerləşdirəcək.
KONKRET.az xəbər verir ki, müdafiə tədbirləri çərçivəsində həmçinin NASAMS zenit raket kompleksi və dronlarla mübarizə sistemi də tətbiq olunacaq.
Niderland Müdafiə Nazirliyinin açıqlamasına görə, bu yerləşdirmə üç əsas məqsədə xidmət edir: NATO ərazisinin qorunması, Rusiya təcavüzünün qarşısının alınması və Ukraynaya davamlı dəstəyin təmin edilməsi.
Natiq Səlim,
KONKRET.az