Niderlandda ermənilərin növbəti təxribatının qarşısı alındıbackend

Niderlandda ermənilərin növbəti təxribatının qarşısı alındı

Niderlandda yaşayan Azərbaycan icması Almelo şəhərindəki “Hof 88” teatrında ermənilərin “45 gün: millət uğrunda mübarizə” sənədli filminin nümayişinin qarşısını alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən KONKRET.az-a bildiriblər ki, bu məqsədlə etiraz kampaniyasına başlayan soydaşlarımız bir həftə ərzində “Hof 88” teatrının elektron poçtuna məktublar göndəriblər. Eyni zamanda, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Ələkbər Mirhəşimli teatrın rəhbərliyi ilə əlaqə saxlayaraq, Azərbaycan icmasının bu məsələ ilə bağlı narahatlığını diqqətə çatdırıb.

Bundan sonra teatr rəhbərliyi sənədli filmin afişasını https://www.hof88.nl/ saytının elanlar hissəsindən çıxarıb. Lakin Niderlanddakı erməni icmasının sosial şəbəkələrdə filmin təbliğatına başlaması Azərbaycan icmasının etiraz kampaniyasının daha da gücləndirilməsinə səbəb olub.

Bu dəfə artıq teatr rəhbərliyi sənədli filmin nümayişinin dayandırıldığı barədə məlumat yayıb. Bu məlumat etirazçıların hər birinin elektron ünvanına da göndərilib.

“Hof 88” teatrının rəhbərliyi bu addımı indiki həssas durumda filmin nümayişinin doğru olmaması, Niderland Krallığında yaşayan Azərbaycan icması üzvlərinin çoxsaylı məktub və etirazının nəzərə alınması ilə izah edib. Teatr rəhbərliyi, həmçinin filmin məzmununun nəzərə alınmadan nümayiş planına salınmasına görə Azərbaycan icmasından üzr istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*