Azərişıq ASC-nin mətbuat xidmətinin əməkdaşı Niftulla Məmmədliyə ağır itki üz verib.
KONKRET.az xəbər verir ki, onun həyat yoldaşı 24 yaşlı Günel Məmmədli bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, ötən ilin 24 dekabr tarixində qız övladı dünyaya gətirən G.Məmmədlinin səhhəti pisləşdiyi üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.