VII çağırış Milli Məclisin deputatı seçilən Əlibala Məhərrəmzadə Qubadakı məşhur “Şahdağ Turuskavets” Sanatoriyasını borc əvəzinə təhvil verib.
KONKRET.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya iş adamına yaxın mənbələr bildirib.
Xatırladaq ki, hələ parlament seçkilərindən öncə sayt Əlibala Məhərrəmzadəni külli miqdarda borc içində olduğunu yazmışdı.
Yeni məlumata görə, borc problemini həll edə bilməyən deputat sonda məşhur obyektini təhvil verməli olub. Həmin obyektin 20 milyon manat dəyərində olduğu bildirilir.
Məsələ ilə bağlı Əlibala Məhərrəmzadənin özünün mövqeyini öyrənmək mümkün olmayıb.
Hörmətli millət vəkilindən soruşan var bu gəlirlərin mənbəyi barədə? Nə qədər vergi ödəyib bu cavan millət vəkili?
Qanunvericilik çərçivəsində fəaliyyət göstərib bu məbləğdə mülk sahibidirsə əla. Niyə də 20 nəfər mənim kimi iş axtaranlar bu millət vəkilinin biznesidə özünə məşğulluq imkanı əldə etməsin?
Kasıbın olanından, yazığın imkanı olsa obyekti təhvil verərdimi, 20 milyon nə puldu ki