“Nikah krediti”nin tətbiqi ilə bağlı VACİB AÇIQLAMA: Türkiyə modeli Azərbaycana gəlir?backend

"Nikah krediti"nin tətbiqi ilə bağlı VACİB AÇIQLAMA: Türkiyə modeli Azərbaycana gəlir?

Türkiyədə uzun müddətdir tətbiq olunan “nikah krediti” modeli son vaxtlar Azərbaycanda da gündəmə gəlib. Bəs, ölkəmizdə bu cür maliyyə dəstəyinin verilməsi mümkündürmü və ya mövcud kredit mexanizmləri bu ehtiyacı qarşılayırmı?

KONKRET.az-a mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib.

Əməkhaqqının artırılması özəl sektoru da təşviq edir” - Xalid Kərimli

Onun sözlərinə görə, əslində Azərbaycanda da bu cür imkanlar mövcuddur, sadəcə, adı “nikah krediti” deyil:

“Azərbaycanda istehlak və ipoteka kreditləri var. İnsan evlənərkən əsasən iki şeyə ehtiyac duyur – nağd pul və ev. Ölkədə nağd pul istehlak krediti formasında, ev isə ipoteka krediti ilə təqdim olunur. Sadəcə, adını “nikah krediti” qoymayıblar. Bundan əlavə, BOKT-lar da məişət avadanlıqları üçün kredit verir. Yəni həmin imkanlar müxtəlif adlarda ölkədə çoxdan mövcuddur”.

Ekspert bildirib ki, hər kəsin yalnız evlənmək üçün şərtlərə uyğun gəlmədən kredit götürməsi mümkün deyil:

“İstehlak və ipoteka kreditlərinin verilmə qaydaları var. İnsanların gəlirləri götürdükləri krediti qaytarmağa imkan verməlidir”.

Xalid Kərimli əlavə edib ki, Azərbaycanda davranış əsaslı maliyyələşdirmə modeli tətbiq olunmağa başlanıb.

“Banklar vətəndaşların mağazalardan alış-verişinə, kartlardan istifadəsinə görə onların maliyyə davranışlarını izləyir və buna əsasən kredit limitləri müəyyən edə bilirlər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*