Erməni siyasətçidən Paşinyana: “Bayraktara tost qaldırmağı unutma, Nikol!”backend

Erməni siyasətçidən Paşinyana: "Bayraktara tost qaldırmağı unutma, Nikol!"

“Nikol, Atatürkün məzarına get və onun 100 illik planını uğurla həyata keçirdiyini bildir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

Paşinyanın ötən gün Ankaraya səfər edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması siyasətçinin hiddətinə səbəb olub.

“Bayraktara tost qaldırmağı unutma, Nikol!”, – deyə Eduard Şarmazanov Paşinyana səslənib.

“Nikol, Ərdoğanla stəkan şaqqıldadanda xatırla ki, Şuşanı əldə edəndən sonra “böyük qardaşınız” Ərdoğan demişdi: “Ənvər paşanın ruhu şad oldu, qardaşlarımız Şuşanı ələ keçirdilər”,  – deyə erməni siyasətçi mənfur niyyətini ortaya qoyub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*