“Nikol bu siyasəti həyata keçirmək üçün 2018-ci ildə hakimiyyəti ələ keçirdi” – Armen Aşotyanbackend

"Nikol bu siyasəti həyata keçirmək üçün 2018-ci ildə hakimiyyəti ələ keçirdi” - Armen Aşotyan

“Nikol geosiyasi bazarlarda “Artsax”ı satdı”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin hesabat dövründəki bəyanatlarına Nikolun yalanlarını ifşa etmək üçün istinad etmək istərdim. Belə ki 44 günlük müharibə başa çatdıqdan dərhal sonra ATƏT-in Minsk qrupunun həmsədrləri öz işlərinə davam etdirirdilər. Eyni zamanda Ermənistanda daxili siyasi proseslər gedirdi ki, bunun da nəticəsində 2021-ci il iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirildi. Minsk qrupunun həmsədr ölkələri sonuncu dəfə 2021-ci il aprelin 13-də, yəni parlament seçkilərinə 2 ay qalmış verdikləri bəyanatda Qarabağ münaqişəsinin həllinin fundamental prinsip və elementlərinə istinad ediblər. Sonrakı 8 bəyanatın heç birində (sonuncu 2021-ci il dekabrın 7-də) “Artsax” probleminin həllinin fundamental prinsiplərinə istinad olunmayıb. Bu fakt sübut üçün kifayətdir ki, Ermənistanı təmsil edən satqınlar bir tərəfdən seçki kampaniyasında erməni xalqını “Artsax”ın gələcəyi ilə bağlı vədlərlə aldadıblar, digər tərəfdən onlar beynəlxalq platformalarda “Artsax”ın öz müqəddəratını təyinetmə hüquqlarının müdafiəsindən imtina ediblər”, – Aşotyan vurğulayıb.

“Nikol “Artsax”ı geosiyasi bazarlarda satdı, lakin Ukrayna müharibəsi kontekstində baş verən son geosiyasi hadisələrin bu satışla heç bir əlaqəsi yoxdur. Nikol belə bir siyasəti həyata keçirmək üçün 2018-ci ildə hakimiyyəti ələ keçirdi”, – deyə Aşotyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*