Nikol etiraf etdi: “Dünyada ən böyük yezidi icması…”backend

Nikol etiraf etdi: "Dünyada ən böyük yezidi icması..."

“Dünyanın kəsişməsi” layihəsi təkcə kommunikasiyaya deyil, həm də insanlar arasında təmaslara aiddir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu layihə regional kommunikasiyaların açılmasını nəzərdə tutur. Ancaq söhbət təkcə kommunikasiyalardan getmir. Çünki dini tolerantlıq nöqteyi-nəzərindən söhbət həm də insanlar arasında təmaslardan gedir. Çünki nəqliyyat əlaqələri açıq olanda bu, ilk növbədə insanların bir-biri ilə ünsiyyət qurması üçün fürsət yaradır və davamlı sülhün bərqərar olması üçün mühüm amilə çevrilir. Bizdə dünyada ən böyük yezidi icması var və bu icma ölkəmizin, milli irsimizin çox mühüm hissəsidir. Müsəlmanlara, yəhudilərə və digər dini qruplara böyük hörmətimiz var. Ermənistanda ən böyük dini qurum Erməni Apostol Kilsəsidir”, – deyə Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*