“Nikol Paşinyan axmaq və yalançıdır”.
KONKRET.az erməni portallarına istinaən xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini ,general-leytenant Tiran Xaçatryanın Paşinyanın bəzi generalların buklet paylayıcısı olduqlarına dair açıqlamasına rəğmən bildirib.
Jurnalistlərlə söhbətində general-leytenant maraqlı açıqlamalar verib: “Müharibə axtı istehkam işlərini aparaq dedim, etmədilər. Ordunu uyğun texnika ilə təmin etmək, yeni kadrların təyinatını aparmaq üçün bir neçə dəfə müraciət etdik, onu da etmədilər. Müvafiq problemləri həll etmək üçün pul artırılmalı idi, artmadı, əksinə planlaşdırılan maliyyə də azaldıldı, müxtəlif problemli məsələləri təqdim etdik, kömək edəcəyinə söz verdi, amma heç nə etmədi”.
Rəsmiyyə şərifova,
KONKRET.az