Ermənistanın baş naziri Nikol Paşinyan yenidən məzuniyyətə çıxıb. O bu addımı Rusiyadan qayıdandan dərhal sonra edib.
KONKRET.az xəbər verir ki, iyul ayında o, artıq 18-dən 23-ə kimi istirahət edib. Buna baxmayaraq, Nikol iyulun 28-dən avqustun 15-dək yeni məzuniyyətə çıxıb.
Erməni mediası yazır ki, onun Rusiya səfəri və bu ölkənin baş naziri Mişustinlə görüşü həddindən artıq gərgin keçib.
Rəsmiyyə Şərifova,
KONKRET.az