Nikolay Rıjkov dünyasını dəyişibbackend

Nikolay Rıjkov dünyasını dəyişib

1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri olmuş Nikolay Rıjkov ömrünün 95-ci ilində vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko Teleqram-da məlumat verib.

Qeyd edək ki, 2003-2023-cü illərdə Belqorod vilayətinin senatoru olmuş Rıjkov ötən ilin oktyabrında yaşına görə Federasiya Şurasını tərk edib. “Pasportuma baxıb “bəsdir” dedim”, – deyə o, vəzifədən uzaqlaşmasını belə izah etmişdi.

O, 1995 və 1999-cu illərdə ikinci və üçüncü çağırış Dövlət Dumasının deputatı olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*