Nikolun əlini rədd etdi: qalmaqal ölkəyə yayıldı – VİDEObackend

Nikolun əlini rədd etdi: qalmaqal ölkəyə yayıldı - VİDEO

Bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyanın Sünikə (Zəngəzur) səfəri zamanı Sisianda kilsədə mərasimdən sonra keşişə yaxınlaşması, əl uzatması, qarşı tərəfin isə onun əlini rədd etməsi ətrafında başlayan qalmaqal davam edir.

KONKRET.az xəbər verir ki, keşişin bu addımından sonra ətraf ərazilərdə yaşayanlar kilsəyə hücum etmiş və keşişi təhqir etmişdilər. Ancaq qalmaqal bununla bitmir.

Hazırda da böyük əksəriyyət sosial şəbəkələrdə keşiş Parqev Zeynalyana təhqirlər səsləndirirlər. Hətta bu gün Eşmiədzində II Qareginə qarşı aksiya keçiriləcəyi də gözlənilir. Aksiya iştirakçıları çaxnaşmalarda, faciələrdə və daxili münasibətlərin gərginləşməsində II Qaregini və kilsəni günahlandırırlar.

Ümumiyyətlə, II Qareginlə Paşinyanın münasibətləri əvvəldən yaxşı olmayıb. Hətta Paşinyanın reytinqinin pik vaxtında katolikosa qarşı Nikolun tərəfdarları dəfələrlə aksiya keçiriblər.

Baş Prokurorluq bugünkü aksiya iştirakçılarına provokasiyadan uzaq olmaq üçün çağırış edib.

Ermənistanın ombudsmanı isə keşişin təhqir edilməsi və ona qarşı aqressiyanın, həmçinin təzyiq çağırışlarının konstitusiyaya və insan azadlığına uyğun olmadığını bildirib.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*