“Nikosayağı” son sözünü dedi – FOTOLAR + YENİLƏNİBbackend

“Nikosayağı” son sözünü dedi - FOTOLAR + YENİLƏNİB

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə araşdırması başa çatır.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayərlər Məhkəməsində keçirilən bugünkü iclasda əvvəlcə müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı edəcək.

Prosessual qaydaya görə daha sonra müttəhim son söz deməli və hökm elan edilməlidir.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

***

Müdafiəçilər Əli Hüseynov və Elnur Quliyev bloqerin hadisə baş verən vaxt içki qəbul etmədiyini, bu səbəbdən ona verilmiş ittihamın düzgün olmadığını deyiblər: “Müvəkkilimə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham verilməli idi. Düzdür, ağır qəza baş verib, Şakirli də özünü təqsirli bilir, peşmandır”.

Vəkillər bloqerin əməlinin Cinayət Məcəlləsinin daha yüngül-263.2-ci maddəsinə tövsif edilməsini, bir qolunu itirməsini, himayəsində azyaşlı övladının olmasını həmçinin məsuliyyətini ağırlaşdıran hal olmadığını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş ən aşağı cəza verilməsini, həmin cəzanın şərti hesab edilməsini xahiş ediblər.

Çıxışlardan sonra hakim “Nikosayağı”ya son sözünü deməyi təklif edib. 

Bloqer son sözündə “özümü təqsirli bilirəm. Onsuz da Allah mənim cəzamı verib. Rəhmətə gedən insan da mənim qardaşım kimi doğma insan idi. Qardaşımın ailəsnindən də dönə-dönə üzr istəyirəm. Başqa sözüm yoxdur”-deyib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.







Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*