“Qarabağ məsələsi bu il, yaxud bəlkə də bu yay həll olunacaq”.
KONKRET.az xəbər verir ki, bu fikiri rusiyalı tanınmış politoloq Andrey Nikulin səsləndirib.
O bildirib ki, hazırda balans və güc Azərbaycanın əlindədir: “Mənim üçün bunu dilə gətirmək çox kədərlidir. Əminəm ki, çoxları üçün bu fikirləri eşitmək xoş deyil. Amma Qarabağ məsələsi bu il, yaxud bəlkə də bu yay həll olunacaq. Digər bir xoşagəlməz, eyni zamanda mühüm məsələni demək istəyirəm. Hansı ki, Ermənistanda bu haqda çoxları düşünür, lakin məğlub tərəf kimi görünməmək üçün dilə gətirmir. Mən sosial fəlakətin və Qarabağdakı ermənilərin oradan qaçmasının əleyhinəyəm. Amma onlar qaçmağa çalışsalar, bu zaman yüz minlərlə insanın axını olacaq. Bu zaman erməniləri yerləşdirmək məsələsi gündəmə gələcək ki, ən azı “başlarının üzərində damları olsun”.
Rusiyalı politoloq Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibə ehtimalını da istisna etməyib: “Bu ehtimal çox yüksəkdir. Ermənistanda ümumi səfərbərlik elan edilsə belə, hərbi texnikanın və aviasiyanın sayına görə Azərbaycan daha üstündür. Bütün lazımı mövqelər minalanıb. Onların keçmək mümkünsüzdür. Üstəlik, ən vacib məsələ oradan qaçacaq ermənilərin yerləşdirilməsidir. Ən azından ilkin mərhələdə onları harada yerləşdirmək haqda düşünmək lazımdır”, – deyə Andrey Nikulin fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az