Niyaz Şərifov azadlığa buraxıldıbackend

Niyaz Şərifov azadlığa buraxıldı

Nəsimi Rayon Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən şəxsə bəraət verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmənin çıxardığı hökmlə Niyaz Şərifova Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə bəraət verilib və o, məhkəmə zalındaca həbsdən azad edilib.

Məhkəmə N.Şərifovun vəkili Nəriman Əliyevin təqdim etdiyi vəsatətləri təmin edib və sübutlar yenidən dəyərləndirilib. Nəticədə N.Şərifovun cinayət törətməsinə dəlalət edən hər hansı faktın olmadığı müəyyənləşib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü N.Şərifov ötən ilin 8 iyun tarixindən həbsdə saxlanılırdı. Qanunvericiliyə əsasən onun həbsdə saxlanıldığı müddət üçün təzminat davası açmaq hüququ var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*