“Niyə də olmasın?” – Rusiya-Azərbaycan Universitetinin yaradılmasına REAKSİYAbackend

“Niyə də olmasın?” - Rusiya-Azərbaycan Universitetinin yaradılmasına REAKSİYA

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Rusiya Universitetinin yaradılmasının planlaşdırıldığını deyib. O, bildirib ki, bu təşəbbüs Prezident İlham Əliyevlə müzakirə olunub və Sankt-Peterburq Dövlət Universiteti bu işə qoşulmağa hazırdır.

Maraqlıdır, cari tədris ilində fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinin yaradlmasının ardınca Rusiya ilə də eyni formatlı ali təhsil ocağının təsis edilməsi ölkə təhsil sisteminə hansı faydaları verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bunun Azərbaycan üçün faydalarından danışıb:

“Ölkəmizdə ali təhsil ocaqlarının sayının çox olması yaxşı haldır. Bu günə qədər İtaliya və Türkiyə ilə eyni çərçivədə layihələr icra edilir. Dünən isə Vladimir Putin Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Ölkə ərazisində təhsil müəssisələrinin, eləcə də bu yöndə beynəlxalq əməkdaşlıqların inkişafı alqışlanası haldır. Baxın, Türkiyə və İtaliya ilə ortaq universitetlərimiz varsa, Rusiya ilə niyə olmasın? Onlar bizə qonşudur. Münasibətlərimiz müttəfiqlik səviyyəsindədir. Biz də rusların təhsil sistemindən faydalana bilərik”.

Ekspert Rusiya təhsil sisteminin üstünlüklərini sadalayıb:

“Son zamanlar ingilis dilində təhsilə maraq artıb. Rus dilində ali təhsil göstəricilərində isə azalma müşahidə olunur. Bu şəraitdə sözügedən universitetin açılması müsbət haldır. Buna ehtiyac var idi. Rusiya təhsil sistemində müasir təcrübələr tətbiq olunur. Biz də bundan yararlana bilərik. Qeyd etdiyim kimi, onların təcrübələrindən yararlanmaq Azərbaycana ancaq fayda verə bilər”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*