Niyə məhz Xankəndi? – Qarabağ Universitetinin ilk tələbələri KONKRET.az-a danışdılarbackend

Niyə məhz Xankəndi? - Qarabağ Universitetinin ilk tələbələri KONKRET.az-a danışdılar

Sentyabrın 15-də işğaldan azad olunmuş Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti qapılarını ilk tələbələrinin üzünə açacaq.

Xatırladaq ki, builki qəbulda Qarabağ Universitetinin plan yerləri tam dolub və ən yüksək bal toplamış abituriyentlər məhz bu ali təhsil ocağını seçib.

KONKRET.az-ın əməkdaşı Xankəndidə təhsil almaq şansı qazanmış iki tələbə ilə həmsöhbət olub.

Qarabağ Universitetinin ilk tələbələrindən olan Duyğu Quluzadə təəssüratlarını belə ifadə edib:

“Bu il Biləsuvar şəhər Mübariz İbrahimov adına lisey-məktəb kompleksindən məzun oldum. II ixtisas qrupu üzrə imtahan verdim və Qarabağ Universitetinin mühasibatlıq fakultəsində təhsil almaq şansı qazandım. Düzü, əvvəldən sözügedən təhsil müəssisəsini seçməyi düşünürdüm. Açığı, buna bir neçə səbəb var idi. Birincisi, sonda bizə yerli və beynəxalq diplomun verilməsidir. İngilis dili dərsləri, yataqxana şəraiti və s. seçimimdə mühüm oldu. Həmçinin əslən ağdamlı olmağım da bu məsələdə həlledici rol oynadı. Sözügedən təhsil müəssisəsindəki şərait Bakıdakı bəzi universitetlərdən daha yaxşıdır”.

Qarabağ Universitetini seçmiş daha bir tələbə Rüfət Əliyev isə Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı məktəbin məzunudur:

“II ixtisas qrupu üzrə 446 balla Qarabağ Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldum. Yaxşı ki, seçimim Qarabağ Universiteti olub. Buna görə özümlə qürur duyuram. Bu təhsil ocağının ilk tələbələrindən olacağam. Qarabağ Universiteti mənim üçün əvəzolunmazdır”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*