Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə komaya düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə professorun qızı, jurnalist Ayfər Feyziyeva məlumat verib.
Onun sözlərinə görə, professor hazırda reanimasiyadadır.
“Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Həkimlər sepsis diaqnozu qoyublar”.