Nobel mükafatının məbləği 1 milyon kron artacaqbackend

Nobel mükafatının məbləği 1 milyon kron artacaq

Nobel Fondu hər kateqoriya üzrə Nobel mükafatının məbləğini ötən illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 90 min dollar) artıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

2022-ci ilin sonunda Nobel Fondunun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard krondan (təxminən 519 milyon dollar) bir qədər az idi.

Builki qaliblərin elanı oktyabrın 2-də başlayacaq. Oktyabrın 2-dən 9-dək müxtəlif sahələr üzrə Nobel mükafatçılarının elan olunacağı Stokholm və Osloda Nobel Həftəsi keçiriləcək.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*