Norayr Norikyan: “Faciəmizin səbəblərindən biri də bütün dövrlərin korrupsioner rəhbərləridir”backend

Norayr Norikyan: “Faciəmizin səbəblərindən biri də bütün dövrlərin korrupsioner rəhbərləridir”

Baş Prokurorluq qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi funksiyası çərçivəsində 2024-cü il sentyabrın 9-da barışıq sazişi bağlayıb və bu müqaviləyə əsasən keçmiş müdafiə nazirinin müavini Alik Mirzəbekyan və onunla əlaqəli şəxslər 200 milyon erməni dramını (təxminən 500 min ABŞ dolları) Ermənistan dövlətinin büdcəsinə köçürməyi öhdələrinə götürüblər.

Konkret.az xəbər verir ki, bu fikirləri erməni politoloq Norayr Norikyan yazıb.

“Müharibə aparan ölkənin nazir müavini bu qədər pulu haradan alıb? Amma son illərdə baş verənlər göstərdi ki, Serj Sarkisyan hakimiyyəti dövründə “müqəddəs” olub. Müavinləri, nazirləri, nazir müavinləri və digər şəxslər isə əsl korrupsionerlərə çevrilib.
Belə çıxır ki, Serj Sarkisyan onun hakimiyyəti altında fəaliyyət göstərən korrupsiya sxemlərindən xəbərsiz olub.
Amma indi gəlin ciddi danışaq. Heç vaxt heç bir korrupsiya prosesində iştirak etməmişəm. Bu baxımdan vicdanım təmizdir. Ermənistanın bugünkü və dünənki hakimiyyətinin əvəzinə utanıram, çünki anlayıram ki, bizim faciəmizin səbəblərindən biri də gözləri doymayan korrupsioner hakimiyyətlərin mövcudluğu olub. Onlar öz fəaliyyətləri ilə ölkəmizi dağıdaraq uçurumun astanasına gətiriblər”, deyə o, qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*