Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxdıbackend

Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxdı

Rusiyanın “Sibir” aviaşirkətinin “Airbus 321A” təyyarəsi bu gün səhər Moskvadan Norilskə (Krasnoyarsk diyarı) gəldikdən və hava limanında eniş etdikdən sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb.

KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

“İlkin məlumata görə, bu gün saat 08:00 radələrində “Sibir” aviaşirkətinin Moskvadan uçuş həyata keçirən “Airbus 321A” təyyarəsi N.N.Urvantsev adına Norilsk beynəlxalq hava limanında eniş başa çatdıqdan sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, təyyarədə 79 sərnişin olub, hava gəmisi müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb.

Moskvaya reysin yerinə yetirilməsi üçün ehtiyat təyyarə ayrılıb, uçuş saat 15:30-a planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*