Norveçin baş naziri Jonas Gahr Store amerikalı milyarder İlon Maskın digər ölkələrin daxili siyasətinə təsir göstərməyə çalışmasından narahatlığını ifadə edib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. O, Almaniya və Böyük Britaniyanı nəzərdə tutaraq, sosial mediaya böyük çıxışı və iqtisadi resursları olan bir insanın digər ölkələrin daxili işlərinə birbaşa müdaxilə etməsindən narahat olduğunu deyib: “Demokratiya və müttəfiqlər arasında belə hallar olmamalıdır”,- detə Jonas Gahr Store bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az