“Rusiya qazını rublla ödəməyə kimin dəqiq keçəcəyini söyləmək hələ çətindir. Bu, may ayında aydın olacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
O, bildirib ki, ritorikada dəyişiklik göz qabağındadır və bütün dost olmayan ölkələrin yeni mexanizmə keçəcəyinə inam var.