Xəbər verdiyimiz kimi, Siyəzəndə Beşbarmaq dağında parüştlə uçan qadın qayaya çırpılaraq həlak olub.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo” bədbaxt hadisənin bir sıra təfərrüatını öyrənib.
Əldə etdiyimiz məlumata görə, Nuranə Məcidova paraşütlə tək uçuş edib. Solo uçuş edən qadının paraşütü özünə məxsus olub.
Onun paraşütlə uçuş edərkən havada idarəetməni itirdiyi bildirilir. Uçuşun 500 metr hündürlükdən icra edildiyi qeyd olunur.
Qeyd edək ki, Nuranə Məcidova ailəli idi, bir övladı var.