Sanksiyaların ləğvinin əsaslandırılması ilə bağlı bir neçə görüş keçirilib.
KONKRET.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Bagiri deyib.
“Danışıqların 8-ci raundunda yaxşı irəliləyiş əldə olunub”, – deyə Bagiri bildirib.
O, Qərb nümayəndə heyətlərinin Yeni il bayramı ilə əlaqədar ölkələrinə qayıdacaqlarını və daha sonra sanksiyaların aradan qaldırılması ilə bağlı danışıqların davam etdiriləcəyini bildirib.