İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi Əl-Cəzirə telekanalına açıqlamasında bildirib ki, ölkənin nüvə obyektləri dəfələrlə hücuma məruz qalıb və nəticədə ciddi dağıntılar baş verib.
KONKRET.az-ın məlumatına görə, diplomatın sözlərinə görə, bu hücumlar ABŞ və İsrail tərəfindən həyata keçirilib və beynəlxalq ictimaiyyət bu cür təcavüz aktlarına qarşı susmamalıdır.
O həmçinin vurğulayıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş verənlərlə bağlı münasibəti İranı qane etmir:
“MAQATE bu məsələdə passiv mövqe sərgiləyib. Halbuki, onlar bizim etimadımızı qazanmağa çalışmalıdır”, – deyə Bəqayi qeyd edib.
Natiq Səlim,
KONKRET.az