“Nüvə silahının tətbiqi bütün region üçün ciddi fəlakət olar”backend

Nüvə silahının tətbiqi bütün region üçün ciddi fəlakət olar”

İlqar Vəlizadə: “Bu, yüz minlərlə, milyonlarla insanın məhvi deməkdir”

Bu günlərdə Pakistanın baş naziri İmran Xan Hindistanla yaşanan gərginlik və bu gərginliyin açıq müharibə müstəvisinə keçəcəyi fonunda atılacaq addımlarla bağlı açıqlama verib.

Baş nazirin sözlərinə görə, əgər Pakistan üzbəüz müharibəni uduzarsa, o zaman ölkəsinin nüvə silahından isitfadə ehtimalı aktuallıq qazana bilər.

Maraqlıdır, Pakistan-Hindistan gərginliyinin açıq müharibəyə keşməsi mümkündürmü? Elə bir məqam yetişə bilərmi ki, tərəflərdən hər hansı biri nüvə silahına əl atsın?

Konkret.az bildirir ki, Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı səslənən fikirlərin sadəcə təhdid xarakteri daşıdığını vurğuladı:

“Çox güman ki, nüvə silahından istifadə ilə bağlı səslənən fikirlər sadəcə hədə-qorxudur.

 

Real olaraq heç bir tərəf ehtimal ki, nüvə silahından istifadə etməyəcək. Çünki nüvə silahından istifadə etmək çoxlu sayda insanın həlak olması deməkdir.

Həm Hindistan, həm də Pakistan əhalinin sıx yaşadığı ölkələrdir.

Bu ölkələrdə hətta taktiki raket istifadə olunsa, yüz minlərlə insan həlak olar.

Nüvə silahının tətbiqi həm bu ölkələr, həm də region üçün böyük təhdiddir.

Pakistanın baş nazirinin sözləri ondan xəbər verir ki, Hindistanla münasibətlər xeyli gərginləşib.

Hindistanda indi hakimiyyətə gələn partiya qatı millətçi olan partiyadır.

Hindistanın baş naziri də qatı millətçidir. Onun müsəlmanlara qarşı mövqeyi çox sərtdir.

Görünən odur ki, Hindistan tərəfi geri addım atmaq niyyətində deyil.

Bu isə sadəcə ikitərəfli münasibətlərə deyil, regional münasibətlərə mənfi təsir göstərəcək.

Pakistanın baş nazirinin sözləri o anlama gəlir ki, əgər münasibətlərdəki gərginlik bir qədər də dərinləşsə, o zaman Pakistan istənilən vasitəyə əl ata bilər.

Bu, Hindistana yönəlik bir mesajdır.

Hindistan hakimiyyəti bu mesajdan hansı nəticələr çıxaracaq, yəqin ki, yaxın gələcəkdə buna şahid olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*