ABŞ-da hava limanında baş verən qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, hadisə LaGuardia Airport hava limanında qeydə alınıb.
Məlumata görə, Monrealdan gələn CRJ-900 tipli regional sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında olan yanğınsöndürən maşınla toqquşub.
.jpg)
Hadisədən sonra Federal Aviation Administration hava limanında bütün uçuşları müvəqqəti olaraq dayandırıb. Qəza səbəbindən gələn reyslərin bir hissəsi digər hava limanlarına yönləndirilib, bəziləri isə geri qaytarılıb.
Bildirilir ki, toqquşma nəticəsində təyyarənin burnu ciddi zədələnib.
Hadisə yerinə xilasedicilər və yanğınsöndürmə briqadaları cəlb olunub. Rəsmilər ölən və yaralananların dəqiq sayını hələ açıqlamayıblar.
Araşdırma aparılır.
