ABŞ-ın Nyu-York şəhərində silahlı insident baş verib.
KONKRET.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən ofis binasında silahlı insident baş verib. New York Post qəzetinin məlumatına görə, silahlı şəxs binaya daxil olaraq atəş açıb, nəticədə beş nəfər, o cümlədən bir polis əməkdaşı həlak olub.
Hadisə ilə bağlı ətraflı məlumat verilməyib. Polis hadisə yerini mühasirəyə alıb, istintaq davam edir. Hücumun motivləri və silahlının şəxsiyyəti hələlik açıqlanmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az