“O gecə bu gecədir” – Prezident bir neçə naziri dəyişir – TƏFƏRRÜATLARbackend

"O gecə bu gecədir" – Prezident bir neçə naziri dəyişir - TƏFƏRRÜATLAR

Türkiyədə Nazirlər Kabinetində bir sıra dəyişiklik gözlənilir.

KONKRET.az xəbər verir ki, Türkiyənin gündəmində olan kabinet dəyişikliyi ilə bağlı iddialar artmaqda davam edir. Vətəndaşların gözü Rəsmi Qəzetdə dərc olunacaq qərarlardadır. Nazirlər Kabinetində dəyişiklik olub-olmayacağı və hansı nazirlərin dəyişdiriləcəyi gündəmdə olsa da, son günlər Türkiyə qəzetinin yazarı Cem Küçükün açıqlamaları müzakirə olunub.

Cem Küçük nazir dəyişikliyi ilə bağlı açıqlama verərkən bildirib ki, “Həm Fahrettin Koca, həm də Ömər Bolat olmaqla iki nazirimizlə danışdım. Digər nazirlərin adları var.

Mən Fahrettin Kocadan istefa məsələsini soruşdum, təkzib etmədi. Türkiyədə qeyri-adi bir hadisə baş verməsə, o, ya bu gecə, ya da gələn həftə nazirlikdən ayrılacaq. Onu nazir müavini Şuayip Birinci əvəz edəcək. Şüayip Biri ən güclü namizəd kimi görünür.

Dəyişikliyin çərşənbə axşamı və ya çərşənbə günü elan edilməsi gözlənilir.

Kabinet dəyişikliyinin olacağı dəqiqdir. Ərdoğanın bir yox, bir neçə naziri dəyişəcəyi xəbərləri dəqiqdir. Amma bunun nə vaxt baş verəcəyini Ərdoğan daha yaxşı bilir”.

TGRT-nin Ankara xəbər koordinatoru Əhməd Sözcan bu gün proqramında kabinet dəyişikliyi ilə bağlı açıqlama verib. Sözcan deyib ki, “Xəbər mənbələrimdən verilən məlumatlar doğrudursa və son anda dəyişiklik olmazsa, Nazirlər Kabinetində dəyişiklik bu axşam baş tutacaq. Prezident Ərdoğan sabah Nazirlər Kabinetini çağırır. Nə vaxt olacağını deyim; o gecə bu gecədir.

Niyə bu gün keçiriləcək? Çünki sabah Nazirlər Kabinetinin iclası var… Prezident Ərdoğan sabah Nazirlər Kabinetini çağırır; Mənə çatan məlumata görə, bu gecə neçə nazir gedəcək, onları əvəz edənlər sabah Nazirlər Kabinetinin iclasında iştirak edəcək. Dediyim kimi, son anda dəyişiklik olmasa, bu axşam dəyişiklik olacağına dair güclü siqnallar aldım”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*