O silahlar hoteldə nə gəzirdi?backend

O silahlar hoteldə nə gəzirdi?

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Davit İşxanyanın məhkəməsi keçirilib.

KONKRET.az-ın məlumatına görə, məhkəmə prosesində dövlət ittihamçısı Fuad Musayev Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında təqsirləndirilən şəxs David İxşanyana məxsus “Park” adlı hoteldə silah-sursat və rabitə vasitələri aşkarlandığını bildirərək ona bu barədə sual ünvanlayıb.

D.İşxanyan rabitə vasitələrinin hotelə məxsus olduğunu deyərək, silah-sursatla bağlı məsələdə isə digər erməni sakinləri günahlandıraraq qeyd edib: “Mənim fikrimcə, hadisədən bir həftə əvvəl Ağdərədən gəlmiş sakinlər həmin hoteldə məskunlaşmışdılar. Ehtimal ki, onlar qoyublar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*