Meyxanaçı Rüfət Nasosnu təyyarə almaq üçün pul yığdığını bildirib.
KONKRET.az lent.az-a istinadla xəbər verir ki, o bu barədə qatıldığı teleproqramlardan birində açıqlama verib.
O deyib: “Mən “online” qaydada bütün dünyanı gəzmişəm. Bədbəxtliyim odur ki, təyyarədən qorxuram. Ona görə də pulumu yığıram ki, özümə təyyarə alım”.
Müğənnni şəxsi təyyarəsində uçmaqdan qorxub-qorxmayacağını açıqlamayıb.
Ən ucuz özəl təyyarənin qiyməti 1,5 milyon dollardan başlayır.