“O zaman Sovet İttifaqının rəhbəri Qorbaçov yox, Heydər Əliyev olsaydı, SSRİ dağılmazdı” – Markovbackend

"O zaman Sovet İttifaqının rəhbəri Qorbaçov yox, Heydər Əliyev olsaydı, SSRİ dağılmazdı" - Markov

“O zaman Sovet İttifaqının rəhbəri Qorbaçov yox, Heydər Əliyev olsaydı, SSRİ dağılmazdı”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov sosial şəbəkə hesabında yazıb.

“Bu gün Azərbaycanda və Azərbaycanın dostlarının olduğu bütün dünyada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunür. Heydər Əliyev SSRİ-nin və Azərbaycanın görkəmli dövlət xadimi idi.

Əgər Sovet İttifaqının rəhbəri Qorbaçov yox, Heydər Əliyev olsaydı, onda SSRİ dağılmayacaqdı. Əksinə, təxminən Çin, Vyetnam, Hindistan, Yaponiya, Cənubi Koreyanın getdiyi yolla inkişaf edəcəkdi. Və məhz bu yolla İlham Əliyev indi Azərbaycana rəhbərlik edir”, – deyə Markov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*