Öcalan görüşü TBMM-də müzakirə edildibackend

Öcalan görüşü TBMM-də müzakirə edildi

Türkiyədə DEM Partiyasının İmralı görüşündə (Abdullah Öcalan – red) iştirak edən nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub.

KONKRET.az xəbər verir ki, Pərvin Buldan, Əhməd Türk və Sırrı Süreyya Öndərdən ibarət heyət TBMM sədri Numan Qurtulmuşla görüşüb.

Görüşdən sonra açıqlama verən Öndər Qurtulmuşu İmralı görüşü barədə məlumatlandırdıqlarını açıqlayıb:

“Təkliflərini dinlədik. Ümumi qiymətləndirmə apardıq. Bu görüş, cənab Baxçalı (MHP sədri – red) ilə davam edəcək. Düşünürəm ki, bazar ertəsi Cümhuriyyət Xalq Partiyası, AKP və TBMM-də təmsil olunan bütün partiyaları ziyarət edəcəyik. Nümayəndə heyəti olaraq bütün səfərlərdən sonra geniş açıqlama verəcəyik. Bugünki görüş yaxşı keçdi, ümidliyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşüb. Görüşdən sonra DEM Partiyası Öcalanın fikirlərini açıqlamışdı./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*