Ödəmə terminallarını oğurlayan şəxs saxlanıldıbackend

Ödəmə terminallarını oğurlayan şəxs saxlanıldı

Binəqədi rayonun ərazisində mağazalarda quraşdırılan və içərisində 5400 manat maddi vəsait olan 2 ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*