“Qalatasaray”ın hücumçusu Alvaro Morata zədələndibackend

"Qalatasaray"ın hücumçusu Alvaro Morata zədələndi

Türkiyənin “Qalatasaray” klubunun heyətində ciddi itki baş verib.

KONKRET.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb.

İspan forvard Avropa Liqası pley-off mərhələsinin “AZ Alkmar”la ilk matçında (1:4) ayaq əzələsindən zədə alıb. 32 yaşlı futbolçu Super Liqanın 24-cü turunun “Rizespor”la matçında iştirak etməyəcək.

“Qalatasaray” – “Rizespor” matçı fevralın 17-də keçiriləcək.

Qeyd edək ki, “Qalatasaray” Alvaro Moratanı qış transfer pəncərəsi zamanı “Milan”dan icarəyə götürüb.

İspaniya millisinin üzvü “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*