Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhər saatlarında yolun Şabran rayonu ərazisindən keçən hissəsində sürücü idarə etdiyi avtomobili yolun kənarında saxlayıb. Bu zaman onu digər nəqliyyat vasitəsi vurub, ardınca isə bir neçə avtomobil sürücünün üzərindən keçib.
Hadisəyə səbəb olan ilk avtomobilin sürücüsü ərazidən qaçıb.
İlkin ehtimallara görə, həyatını itirən şəxs spirtli içki qəbul edibmiş. Onun nə üçün avtomobili yolun kənarında saxladığı isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.