Odessa meri Puşkinin abidəsini sökməkdən imtina etdibackend

Odessa meri Puşkinin abidəsini sökməkdən imtina etdi

Rus şairi Aleksandr Puşkinin şəhər administrasiyasının yaxınlığında yerləşən abidəsi mədəni irsi təmsil etdiyi üçün sökülməyəcək.

KONKRET.az Ukraynanın “Strana” nəşrinə istinadən xəbər verir ki, bunu Odessa meri Gennadi Truxanov bildirib.

“Bu gün müxtəlif Avropa nümayəndə heyətləri, turistlər gəlir və onlar Puşkinin kim olduğunu bilirlər. Deyirlər ki, burada yaşayıb, Odessada işləyib, həm də burada sürgündə olub”,deyə o, qeyd edib.

Bundan əlavə, mer abidənin YUNESKO-nun motivasiya dosyesinə daxil edildiyini vurğulayıb. O, bu abidənin vətəndaşların vəsaiti hesabına ucaldıldığını da bildirib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*