“Oğlum kef çəkməyə gedib, boynunda qalıb” – Elgizin verilişində diktorla gəlini arasında QALMAQALbackend

“Oğlum kef çəkməyə gedib, boynunda qalıb” - Elgizin verilişində diktorla gəlini arasında QALMAQAL

ARB TV-nin “Elgizlə İzlə” verilişinin növbəti qonağı tanınmış diktor, Xalidə Gözəl olub.

KONKRET.az bildirir ki, diktor oğlunun evləndiyi Nurxanım adlı xanımı və oğlunu qəbul etmədiyini deyib:

“Kasıb adam olsun, bilsəm ki, qeyrətli qızdır, oğluma alaram. Oğlum böyük səhvə yol verib. Ona görə də mən qarışmıram. 1 gecənin bədnamı olub. Kef çəkməyə gedib, qalıb boynunda. Qızın dayıları hədə-qorxu gəlib, oğlum da qızla evlənib. Oğlum tərbiyəlidir. Onu qız kimi bədbəxt ediblər. Bu söhbətlərə görə həyat yoldaşım Davud Əhmədovun da ürəyi partladı. Bircə övladın olsun o da gedib belə hərəkət etdin?”

Məşhur Diktorun gəlini Nurxanım canlı yayıma gələrək qayınanasının iddialarına cavab verib:

“Xalidə xanım çox şeyi səhv deyir. Mənimlə üz-üzə də gələ bilmir. Pis insan deyil. Bilmirəm niyə belə edir. Oğlu Vəliədlə Bakıda, yolda tanış olmuşuq. Onu heç kim məcbur etməyib, özü nikah kəsdirib. Xalidə xanım da mənə dedi ki, oğlum işləmir, sən get ata evinə, oğlum haçan işləyər gələrsən. 12 ildir ata evindəyəm. Xalidə xanım məni istəmirdisə, evinə niyə dəvət etmişdi? Mənə brilliant sırğa verdi. Onu da oğlu satdı. Davudu nəvəsi kimi qəbul etməsə, sənədlərini almazdı. Dedi ki, Davudun 1 yaşında sizə toy edərik. Etmədi. Yoldaşıma dəfələrlə demişəm ki, əgər belədirsə, boşanaq. Boşanmır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*