Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampla münaqişəyə girərək səhv edib. O,çox yorğun və stresslidir.
KONKRET.az xəbər verir ki, bunu biznesmenin atası Errol Mask deyib.
“Tramp qalib gəlib, o, prezidentdir, prezident seçilib. Deməli, bilirsiniz, İlon səhv etdi, məncə, amma o, yorulub, stress keçirib. Beş aylıq fasiləsiz stress”, – o vurğulayıb.
Errol onu da əlavə edib ki, Mask öz prinsiplərinə sadiqdir və səmərəsiz Demokratik təşəbbüsləri dəstəkləmək istəmir.
Biznesmenin Ağ Evi tərk etmək qərarından sonra ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında ictimai mübahisə yaranıb.