Oğlunu cəzalandırmaq üçün onu yandırdıbackend

Oğlunu cəzalandırmaq üçün onu yandırdı

Kursk sakini kiçik oğlunu cəzalandırmaq üçün onu yandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, iyulun 5-də doqquz yaşlı uşaq evdə şamla oynayırmış. O, təsadüfən tökülən spirti yandırıb və bu zaman onun yanında olan bir yaşlı bacısı yanıb.

Valideynlər uşaqların qışqırtısına qaçaraq gəlib yanğını söndürüblər. Lakin uşağın 38 yaşlı atası özündən çıxıb və onu cəzalandırmaq qərarına gəlib. Həmin şəxs oğlunun şalvarını çıxarıb, ombasına spirt tökərək yandırıb. Kanalın məlumatına görə, o, bunu oğlanın kiçik bacısının hansı hissi keçirdiyini dəqiq başa düşməsi üçün edib.

Nəticədə hər iki uşaq xəstəxanaya yerləşdirilib. Atanın özü saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*