Xəbər verdiyimiz kimi, dünən saat 18:00 radələrində Bərdə rayon sakini, 2004-cü il təvəllüdlü Hüseyn Həsənov Xaçınçayda çimərkən suda boğulub.
KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xaçınçayın rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, axtarışlar nəticəsində çayda batan gəncin meyiti batdığı ərazidən kənarda polis əməkdaşları tərəfindən aşkar edilərək sahilə çıxarılıb.
Məlumata görə, oğlunun ölüm xəbərini eşidən ana zəhərli maddə içərək intihara cəhd edib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ehtiram Muradov,
KONKRET.az