Okampo ermənilərə Bakıya necə “təzyiq” etməyi öyrədirbackend

Okampo ermənilərə Bakıya necə “təzyiq” etməyi öyrədir

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, ermənipərəst Luis Moreno Okampo Azərbaycana qarşı şübhəli “təzyiq” üsullarını təklif edərək erməni lobbisinin alətinə çevrilib.

KONKRET.az xəbər verir ki, İrəvanda keçirdiyi mətbuat konfransında o, “COP29” və “StopArmenian Genocide” kimi bir neçə həştəqin Azərbaycana “ciddi siyasi təzyiq” göstərə biləcəyini bəyan edib.

Həmçinin bütün dünya ermənilərinə səslənib ki, öz hökumətləri vasitəsi ilə Azərbaycana “təzyiq” etsinlər.

Görünən odur ki, bu cür bəyanatlar bölgədə vəziyyəti gərginləşdirməyə, erməni lobbisinin maraqlarını təbliğ etməyə yönəlmiş növbəti təxribatdır. Okampo obyektiv yanaşma əvəzinə saxta təzyiq yaratmaqla, sponsorlarının maraqlarını işləyib hazırlamaqla məşğuldur. Bu da yalnız beynəlxalq hüquq institutlarına inamı sarsıdır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*